“İnter”lə oyunda yeni rekord
25.02.2009 - 13:05
“İnter”lə oyunda yeni rekord
“Mançester Yunayted” Çempionlar Liqasında (ÇL) rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, İngiltərə təmsilçisi İtaliyada “İnter”lə 1/8 final görüşündə qolsuz heç-heçə etməklə, ÇL-də məğlubiyyətsiz oyunlarının sayını 20-yə çatdırıb. Bu, artıq qitənin ən nüfuzlu klub turnirdə yeni rekorddur.

Belə ki, bunadək Hollandiyanın “Ayaks” və Almaniyanın “Bavariya” klubları ÇL-də ardıcıl 10 görüşdə uduzmamışdı. Maraqlıdır ki, “Mançester Yunayted”i sonuncu dəfə “İnter”in həmşəhərliləri “Milan” məğlub edib və bu matç da “San-Siro” stadionunda olub. 2007-ci ilin mayın 2-də keçirilən həmin matçda Ferqyussonun komandası böyük hesabla uduzub – 0:3.

ÇL-in son qalibi “Mançester Yunayted” bundan sonra turnirdə keçirdiyi 20 görüşdən 11-də qalib gəlib, 9-da heç-heçə edib.
0