Maradona həbs edilir?
25.02.2009 - 15:02
Argentina milli komandasının baş məşqçisi Dieqo Maradona qarşıdakı bir ili həbsxanada keçirə bilər. Apasport.az saytının məlumatına görə, 49 yaşlı mütəxəssis avtomobil qəzası nəticəsində iki nəfərə xəsarət yetirməkdə ittiham olunur. Həmin qəzanın Maradonanın günahı üzündən baş verdiyi bildirilir. Əfsanəvi futbolçu Argentinanın paytaxtı Buenos-Ayresdə “Cip“ markalı avtomobillə hərəkət edərkən telefon budkasını dağıdıb. Nəticədə yoldan keçən iki nəfəri yaralanıb. Bundan sonra Maradonanın hadisə yerindən qaçması ona olan şübhələri artırıb.
- Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən bir stadionda
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ
0
0