Rəşad Sadıqovun qazını kəsirlər
25.02.2009 - 15:40
Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun çıxış etdiyi Türkiyənin “Kocaelispor” klubu ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, İZQAZ şirkətinin nümayəndələri komandanın bazasının qazını kəsməyə cəhd edib. Buna İzmit təmsilçisinin şirkətə 342 min türk lirəsi (təxminən 161 min manat) borclu olması səbəb olub. Lakin bazada çalışanlar çağırılmayan qonaqları yola sala bilib. Belə ki, istifadə olunan qaz haqqını ödəməkdə çətinlik çəkən klubun cavabdeh şəxslərindən heç birinin iş başında olmamağı ilə barışan İZQAZ nümayəndələri geri dönüb.
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
- İsmail Kartaldan çempionluq mesajı – Asensio qayıdır
0
0