Növbədənkənar konfrans baş tutmadı
25.02.2009 - 16:08
Azərbaycan Əlillər Futbolu Federasiyasının (AƏFF) növbədənkənar hesabat-seçki konfransı təxirə salınıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, konfrans nəzərdə tutulduğu kimi, fevralın 27-də baş tutmayacaq. Tədbirin nə vaxt keçiriləcəyi hələ müəyyənləşməyib. Sumqayıtda Respublika Paralimpiya İdman Kompleksində keçirilməsi planlaşdırılan konfransın gündəliyə üç məsələ daxil edilib. Bunlar AƏFF-nin hesabatı, rəhbər orqanlara seçkilərin keçirilməsi və İcraiyyə Komitəsi üzvlərinin seçilməsidir.
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
- İsmail Kartaldan çempionluq mesajı – Asensio qayıdır
0
0