Şok: Azarkeş “Neftçi” klubunun baş məşqçisini döydü!
25.02.2009 - 16:19
Şok: Azarkeş “Neftçi” klubunun baş məşqçisini döydü!
Bu gün Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilən Azərbaycan kuboku uğrunda yarışın 1/4 final mərhələsində keçirilən “Qarabağ” - “Neftçi” oyununda şok hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, qarşılaşmadan dərhal sonra flaqmanın baş məşqçisi Hans-Yurgen Gede fiziki təzyiqə məruz qalıb.

Belə ki, almaniyalı çalışdırıcı mətbuat konfransı zalına yollanarkən, “Neftçi”nin bir azarkeşi doğma komandasının məğlubiyyətinə görə əsəblərini cilovlaya bilməyib. O, Gedenin üstünə hücum çəkərək, məşqçini sillə ilə vurub və aradan çıxıb.

Digər fanatlar isə 53 yaşlı mütəxəssisi istefaya səsləyiblər.

Qeyd edək ki, “Neftçi” “Qarabağ”a 0:1 hesabı ilə uduzub. Bu, flaqmanın son 4 gündə ikinci məğlubiyyətidir. Paytaxt komandası fevralın 21-də Premyer Liqanın XV turu çərçivəsində “Bakı” ilə görüşdə də məğlubiyyət acısı dadmışdı (0:2).
0