Əsgər Abdullayev: 1:1 hesablı nəticə bizi qane edir
25.02.2009 - 16:46
“Komandamız ikinci dövrənin startından qara zolağa düşmüşdü. Əldə etdiyimiz nəticə ilə az da olsa, bu zolaqdan çıxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Olimpik” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.
Azərbaycan kubokunun ilk ¼ final matçında “Qəbələ” ilə səfər heç-heçəsinə (1:1) nail olan paytaxt təmsilçisinin çalışdırıcısı görüşdən sonra təşkil olunan mətbuat konfransında nəticənin qənaətbəxş olduğunu bildirib: “Hakimlərin yaxşı idarəçiliyini də qeyd etməliyəm. Qeydə alınan 1:1 hesabı da bizi qane edir. Kubok oyunlarında səfər qolu əlavə üstünlük sayılır. Biz də rəqib meydanında qollu heç-heçə əldə edə bildik”.
Qeyd edək ki, mətbuat konfransına başlamazdan əvvəl həm Abdullayev, həm də onun “Qəbələ”dən olan həmkarı Ramiz Məmmədov “Olimpik” klubunun mətbuat katibi Eldəniz Yusifovun oyunla eyni günə təsadüf edən ad gününü təbrik edib.

- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
- İsmail Kartaldan çempionluq mesajı – Asensio qayıdır
0
0