Hans-Yurgen Gede: Erkən qol komandamızın oyununa mənfi təsir göstərdi
25.02.2009 - 16:51
“Erkən qol komandamızın oyununa mənfi təsir göstərdi. Standard vəziyyətdən top buraxdıq. Bu zaman ehtiyatlı davranmaq lazım idi”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi” klubunun baş məşqçisi Hans-Yurgen Gede deyib.
Azərbaycan kuboku uğrunda ¼ final mərhələsində Ağdamın “Qarabağ” klubuna ilk oyunda uduzan (0:1) alman mütəxəssis qış fasiləsində transfer etdiyi kamerunlu hücumçu Valentin Atemdən gileylənib: “Atem əlinə düşən iki real qol imkanından yararlansaydı, bəlkə də oyunun axarı başqa cür olardı. Matça nəzarəti əldə saxlasaq da, qol epizodlarından istifadə edə bilmədik. Düzdür, bu vəziyyətlər oyunda elə də çox olmasa da, hər halda, ələ düşən imkanlardan yararlanmaq lazım idi. “Qarabağ” mütəşəkkil oynayır. Belə rəqiblə açıq futbol oynamaq problem yaradır”.
Qeyd edək ki, “Neftçi” “Qarabağ” ilə cavab oyununu martın 12-də öz meydanında keçirəcək.

- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
- İsmail Kartaldan çempionluq mesajı – Asensio qayıdır
0
0