Ramiz Məmmədov: PFL necə işlədiyini sübut etdi
25.02.2009 - 17:02
“Bir kobud səhvə yol verdik ki, bu da qapımıza təyin olunan penalti ilə nəticələndi”. Apasport.az saytının məlumatına görə, bu sözləri, “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.
“Olimpik”lə Azərbaycan kubokunun ilk ¼ final matçından (1:1) sonra keçirilən mətbuat konfransında 41 yaşlı mütəxəssis bildirib ki, nəticədən narazı qalmayıb: “Futbolda belə şeylər olur. Heç kim səhvlərdən sığortalanmayıb. Amma məğlubiyyətdən qurtula bildik. Bu nəticə səfər oyunu öncəsi ümid verir. İnanırıq ki, həm kubok, həm də çempionatda yaxşı nəticələr qazanacağıq. Oyunu yaxşı idarə edən hakimlərə, həmçinin PFL-ə minnətdarlıq edirəm. Qış fasiləsində heyətimizə qatdığımız, lakin transfer vərəqi yubandığından meydana buraxa bilmədiyimiz Viktor Komlyonokun problemi matç başlamazdan bir neçə saat əvvəl həll olundu. PFL əməkdaşları keçidin qeydə alınmasını çatdırmaqla, necə işləyə bildiklərini göstərdi”.

- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
- İsmail Kartaldan çempionluq mesajı – Asensio qayıdır
0
0