Qurban Qurbanov: Şanslar yenə də bərabər olaraq qalır
25.02.2009 - 17:05
Qurban Qurbanov: Şanslar yenə də bərabər olaraq qalır
“Yaxşı oyun nümayiş etdirib, qalib gəldik. Ancaq bu qələbə yarımfinala çıxmaq vəzifəsini artıq yerinə yetirdiyimiz demək deyil”. Apasport.az saytının məlumatına görə, bunu Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Keçmiş komandası “Neftçi” ilə Azərbaycan kubokunun ¼ final mərhələsində görüşən 37 yaşlı mütəxəssis ilk matçda 1:0 hesabı ilə qalib gəlib. Bununla da, “Qarabağ” iki həftə sonra səfərdə keçiriləcək cavab görüşü öncəsi üstünlük qazansa da, Qurbanov arxayınçılığa əsas görünmür: “Şanslar yenə də bərabər olaraq qalır. Kubokda qalib ikinci oyundan sonra müəyyənləşir. Buna görə də hər şey ikinci matçda bilinəcək. “Neftçi” bugünkü durumundan asılı olmayaraq, yaxşı komandadır. “Neftçi” elə “Neftçi”dir və həmişə layiqli rəqib olub. Komandanın cari mövsümdəki çıxışına görə arxayınlaşmaq olmaz. “Neftçi”nin cari mövsümdəki nəticəsinə əsasən, komandaya qiymət vermək düzgün olmazdı”.

Qeyd edək ki, Qurbanov 2006/07 mövsümündə “Neftçi”ni çalışdırdığı zamanı “Qarabağ”ı kubokdan kənarlaşdırıb.
0