“Azərbaycanda çox dəhşətli komandaya düşdüm”
25.02.2009 - 18:09
“Azərbaycanda çox dəhşətli komandaya düşdüm”
Moldovalı futbolçu Vladimir Tsaranu Salyanın “Muğan” klubuna keçməsindən peşman olub. Bir illik fasilədən sonra yenidən ölkəmizdə çıxış edən 25 yaşlı hücumçu atdığı addıma görə heyfsilənir. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın ikinci dövrəsinin startına az qalmış “Muğan”a keçən Tsaranu giley-güzarını çatdırıb: “Mən Atakinin “Nistru” klubundan çıxsam da, çox dəhşətli vəziyyətdə olan komandaya düşdüm. Əgər bilsəydim ki, burada məni nə gözləyəcək, “Muğan”a hətta böyük pullar müqabilində də gəlməzdim”.

Qeyd edək ki, “Muğan”la bir illik müqavilə imzalayan Vladimir buna qədər ölkəmizdə “Qəbələ”də çıxış edib. Hücumçu ötən mövsümün ikinci yarısında bu komandanın heyətində debüt matçını qolla qeyd edib.
0