“İlqar Qurbanov saman alovu kimidir”
25.02.2009 - 18:42
“İlqar Qurbanov saman alovu kimidir”
“İkinci dövrəyə əla başladıq. Ardıcıl qazandığımız 5 qələbə də bundan xəbər verir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının sabiq futbolçusu İlqar Qurbanov deyib.

Karyerasını Türkiyənin aşağı dəstə təmsilçisi “Boluspor”da davam etdirən 23 yaşlı yarımmüdafiəçi komandasının iddialarını açıqlayıb: “Qarşımıza “Altay”la həftəsonu keçirəcəyimiz matçda da qələbə qazanmaq vəzifəsi qoyulub. Bu nəticəyə nail olmaqla, hədəfə doğru irəliləmək istəyirik”.

Son turun “Karabükspor”la qarşılaşmasında rəqib qapısına qol vuran İlqar Türkiyə mətbuatının da diqqət mərkəzinə düşüb: “Qurbanov gözəl qola imza atdı, vəzifəsini yerinə yetirdi. Amma ondan daha artıq şeylər gözləyirik. Onun oyununda bir davamlılıq yoxdur, saman alovu kimidir. Bilirik ki, İlqar öz səviyyəsi ilə “Boluspor”a daha çox xeyir vermək iqtidarındadır”.

Qeyd edək ki, 23 turdan sonra liderdən 6 xal geri qalıb 37 xalı olan “Boluspor” birinci dəstədə 6-cı pillədə qərarıaşıb.
0