Milanda toqquşma: “Mançester Yunayted”in 3 fanatı xəstəxanalıq oldu
25.02.2009 - 18:55
Milanda toqquşma: “Mançester Yunayted”in 3 fanatı xəstəxanalıq oldu
Çempionlar Liqasının 1/8 mərhələsində keçirilən “İnter” - “Mançester Yunayted” (0:0) görüşündən sonra azarkeşlər arasında toqquşma olub. Apasport.az saytının məlumatına görə, matçın ardından “İnter”in 4 fanatı 3 ingilis azarkeşinə hücum edib.

Qarşılaşmanın keçirildiyi “San Siro” stadionunun yaxınlığında baş verən qalmaqalda italiyalılar heç də qonaqpərvərlik göstərməyiblər. Onlar ingilislərin hər üçünü əzişdiriblər. Nəticədə “Mançester Yunayted”in 28, 48 və 49 yaşlı azarkeşi “San Karlo” xəstəxanasına yerləşdirilib. Yaralılardan birinin burnu sınıb, digər ikisinin isə başı yarılıb.

O ki qaldı italiyalı azarkeşlərə, onlar ingilisləri döyəndən sonra öz maşınlarına minərək, aradan çıxıblar.
0