Qyoko Hacıyevski: Bəxtimiz gətirdi
25.02.2009 - 22:50
Qyoko Hacıyevski: Bəxtimiz gətirdi
“Etiraf edim ki, ilk hissədə bəxtimiz gətirdi. Güclü rəqibə qarşı oynadıq”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski Azərbaycan kubokunun 14 finalında “Xəzər-Lənkəran” üzərində qələbə (1:0) qazandıqları matçdan sonra deyib.

Futbolçularının mübariz oyun sərgilədiyini bildirən makedoniyalı məşqçinin sözlərinə görə, minlərlə azarkeşin izlədiyi görüşdə uğur qazandığı üçün sevinir: “Həqiqətən də çətin oyun keçdi. Rəqibin güclü heyəti, eyni zamanda möhtəşəm azarkeşləri var. Belə oyunda qələbə qazandığımız üçün çox sevinirəm”.
0