Azərbaycan kubokunda bombardirlərin siyahısı dəyişdi
26.02.2009 - 12:59
Azərbaycan kubokunda bombardirlərin siyahısı dəyişdi
1/4 final mərhələsinin ilk oyunları Azərbaycan kubokunda ən məhsuldar futbolçuların siyahısında dəyişikliklərə səbəb olub. Apasport.az saytının məlumatına görə, “Olimpik”lə matçda penaltidən qol vuran “Qəbələ”nin hücumçusu Kənan Kərimov liderlə fərqi ikiyə endirə bilib. Bu qarşılaşmayadək ikinci yerin şəriki olan 33 yaşlı futbolçu rumıniyalı Klaudio Radukanunu da arxada qoyub. “Xəzər-Lənkəran”ın legioneri və kubokun ən məhsuldar oyunçusu olan “Simurq”lu Vladimir Mazyar qol hesabını artıra bilməyib. 2009-cu ilə məhsuldar başlayan Zaur Ramazanov da Kərimov kimi cari mövsümün kubok matçlarını qolsuz tərk etməməkdə davam edir. “Neftçi” ilə görüşdə komandasına qələbə qazandıran 33 yaşlı hücumçu 4-cü pilləyədək irəliləyə bilib.

Azərbaycan kubokunun bombardirləri
1. Vladimir Mazyar (“Simurq”) – 7
2. Kənan Kərimov (“Qəbələ”) – 5
3. Klaudio Radukanu (“Xəzər-Lənkəran”) – 4
4-7. Zaur Ramazanov (“Qarabağ”) – 3
Arif İsayev (“Simurq”) – 3
Georgi Demetradze (“Bakı”) – 3
Rəhman Musayev (“Spartak”) - 3
0