Milli komandamız Xocalı faciəsini yad etdi
26.02.2009 - 18:10
Milli komandamız Xocalı faciəsini yad etdi
Avropa çempionatının elit mərhələsinə hazırlaşan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Gürcüstanla yoldaşlıq görüşündə qüvvəsini sınayıb. AFFA-nın baş katibi Elxan Məmmədov qolsuz heç-heçə ilə nəticələnən matçda futbolçularımızın oyununu, məşqçilərini işini yüksək qiymətləndirib. Məmmədov apasport.az saytına açıqlamasında vacib bir məqama da toxunub. O, Xocalı faciəsinin 17-ci ildönümü ilə əlaqədar olaraq, yığma üzvlərinin oyuna qara sarğı ilə çıxdığını bildirib. Bundan başqa, futbolçularımız meydana çıxarkən, Xocalı faciəsinə aid hazırlanmış şüarı da nümayiş etdiriblər.
0