“Bakı” Avropada azərbaycanlı futbolçu axtarır
26.02.2009 - 18:35
“Bakı” klubu Avropada azərbaycanlı futbolçu axtarır. Bu haqda apasport.az saytına məlumat verən komandanın vitse-prezidenti Tunc Afşarın sözlərinə görə, artıq bununla bağlı işə start verilib. O, ilkin olaraq Avropanın 4 ölkəsində axtarışa başladıqlarını bildirib: “Bunlar Almaniya, Belçika, Avstriya və İsveçrədir. Həmin ölkələrdə bizə yardımçı olacaq insanlar var. Bunlar türkiyəli məşqçilərdir. Onlar həmin ölkələrdə yaşayan azərbaycanlı insanların futbolla məşğul olan uşaqlarını arayırlar. Necə ki Almaniyada Cem Fələk adlı türkiyəli futbolçu üzə çıxdı və onun Azərbaycanda oynamaq perspektivi müzakirə obyektivinə çevrildi. “Bakı”nın aşağı yaş qruplarından ibarət komandalarında azərbaycanlı futbolçuların yer almasını istəyirik. Avropada istedadlı uşaqların “Bakı”ya cəlb olunmasına çalışacağıq”.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0