Qattuzodan yersiz müqayisə: İtaliya Azərbaycan deyil!
26.02.2009 - 19:06
“Yuventus”un braziliyalı futbolçusu Amauri Karvalyu de Oliveyranın hansı milli komandada oynayacağı ilə bağlı məsələ İtaliyada böyük müzakirələrə səbəb olub. Apasport.az saytının məlumatına görə, 29 yaşlı hücumçunun Braziliya, yaxud İtaliya yığmasının formasını geyinmək məsələsi müzakirə edilir. Lakin Amauri bir müddətdir qəti qərara gələ bilmir.
Artıq İtaliya milli komandasının və “Milan”ın yarımmüdafiəçisi Cennaro Qattuzo da bu məsələyə münasibət bildirib. O, “La Gezetta dello Sport”a açıqlamasında ölkəmizin ünvanına xoşagəlməz söz söyləyib: “Şübhəsiz ki, Amauri yaxşı futbolçudur. İşlərini isə o, bərbad aparır. Əvvəlcə Braziliyada oynamaq istəyirdi. Sonra İtaliya yığmasında çıxış etmək istədiyini dedi. Ancaq biz Azərbaycan və ya Finlandiya deyilik. Biz İtaliyayıq. Dörd dəfə dünya çempionu olmuşuq və heç kimə qibtə etmirik. Məncə, Amaurinin Braziliya yığmasında oynaması düzgün olardı”.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0