Azərbaycan yığmasının Dubaydakı toplanışını “Sportfayv” şirkəti maliyyələşdirib
26.02.2009 - 19:35
Azərbaycan yığmasının yanvarın 27-dən fevralın 12-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirdiyi təlim-məşq toplanışını Almaniyanın “Sportfayv” şirkəti maliyyələşdirib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun apasport.az saytına verdiyi məlumata görə, komandamızın 14 günlük hazırlıq xərclərinin böyük hissəsi bu şirkət tərəfindən ödənilib: “AFFA rəhbərliyinin “Sportfayv”la apardığı danışıqlar öz nəticəsini verdi. Dubaydakı toplanışın xərcinin böyük hissəsi bu şirkətin üzərinə düşdü. AFFA bunun üçün az vəsait xərclədi. “Sportfayv” milli komandamızın oyunlarının yayım hüququna malikdir”.
Qeyd edək ki, milli komandamız ölkə kənarında növbəti hazırlıq prosesini martın 2-dən 5-dək Almaniyanın Frankfurt şəhərində keçirəcək.
Qeyd edək ki, milli komandamız ölkə kənarında növbəti hazırlıq prosesini martın 2-dən 5-dək Almaniyanın Frankfurt şəhərində keçirəcək.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0