Berti Foqts Hans-Yurgen Gede ilə də görüşəcək
27.02.2009 - 00:00
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts bu gün AFFA-nın inzibati binasında klubda çalışan həmkarları ilə bir araya gələcək. Apasport.az saytının məlumatına görə, alman çalışdırıcı bu dəfə Badri Kvaratsxeliya (“Standard”), Roman Pakora (“Simurq”) və Hans-Yurgen Gede ilə fərdi qaydada görüşəcək. Görüşdə baş məçqçilər təcrübə mübadiləsi aparacaq, futbolçuların hazırlıq səviyyəsi, milli komandanın tez-tez təlim-məşq toplanışı keçirməsi ilə bağlı fikirlərini bölüşəcəklər.
Qeyd edək ki, Berti Foqts dünən fərdi qaydada Valentin Xodukin (“İnter”), Qyoko Hacıyevski (“Bakı”) və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşüb. Alman mütəxəssis digər komandaların baş məşqçiləri ilə də görüşlər keçirəcək.

- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0