İlqar Qurbanov milli komandaya çağırıldı
27.02.2009 - 11:16
İlqar Qurbanov milli komandaya çağırıldı
Türkiyənin “Boluspor” klubunda çıxış edən İlqar Qurbanov Azərbaycan milli komandasına dəvət olunub. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 23 yaşlı futbolçu yığmanın martın 16-dan 19-a qədər Bakıda keçiriləcək təlim-məşq toplanışına çağırılıb. Milli komandada keçirdiyi 29 matçda 1 qol vuran İlqar sonuncu dəfə ötən il iyunun 4-də Andorra ilə səfərdə keçirilən yoxlama oyununda meydana çıxmışdı.

Qeyd edək ki, Qurbanovdan başqa, Cəmşid Məhərrəmovun da müəyyən fasilədən sonra yığmaya qayıdışı həmin toplanışda gerçəkləşəcək.
0