İlqar Qurbanov “Sivasspor”a qayıdır
27.02.2009 - 13:34
Türkiyədə oynayan Azərbaycan yığmasının futbolçusu İlqar Qurbanov komandasını dəyişərək, yenidən “Sivasspor” klubuna qayıdır. Bu barədə apasport.az saytına hazırda “Boluspor”un şərəfini qoruyan Qurbanovun özü məlumat verib.
Mövsümün sonunu gözlədiyini bildirən 23 yaşlı futbolçunun fikrincə, yenidən Superliqada oynamağa iddialıdır: “Mənim sivaslılarla müqaviləm var. Hazırda “Boluspor”da icarə əsasında çıxış edirəm. Cari mövsüm bitəndən sonra “Sivasspor”a qayıdacağam. Komandanın baş məşqçi Bülənt Uyğunla tez-tez danışıram. O, daha çox oyun praktikası qazanmağımda, yaxşı forma yığmağımda maraqlıdır. Mən də hazırkı klubumda müntəzəm meydana çıxmaqla belə imkan qazanıram. İnşallah, yayda “Sivasspor”a qayıdıb, yeni mövsümdən bu komandanın şərəfini qoruyacağam”.
Qeyd edək ki, İlqar ötən yay “Sivasspor”un heyətində İntertoto kubokunda çıxış edib.

- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
0
0