Kamran Ağayev meydana nə vaxt qayıdacaq?
27.02.2009 - 17:32
Kamran Ağayev meydana nə vaxt qayıdacaq?
“Xəzər-Lənkəran”ın qapıçısı Kamran Ağayev Almaniyada müayinə olunacaq. Apasport.az saytının məlumatına görə, milli komandamızın 23 yaşlı futbolçusu haqda son diaqnoz bu ölkədə qoyulacaq.

Komandanın həkimi Xetaqurovun müayinəsindən sonra məşqlərdən azad edilən qapıçı müalicə kursuna göndərilib. Ağayevin ilkin müalicəsi millinin hazırlıq prosesinin startına qədər tamamlanmalıdır. Lakin böyük ehtimalla futbolçunun sağlıq durumu haqda diaqnoz məhz Almaniyada qoyulsun. Yəni, yığmanın Frankfurt toplanışına qatılmalı olan Kamran məşq etmək iqtidarında olmasa belə, səfərə yollanacaq və orada müayinədən keçəcək.

“Xəzər-Lənkəran”ın hələ bir ay əvvəl Antalya toplanışında ağır zədələnən digər futbolçusu Rəşad Abdullayev isə uzağı on günə məşqlərə başlayacaq. Həkimlər yarımmüdafiəçinin hər şey planlaşdırıldığı kimi gedərsə, martın ikinci yarısında komanda ilə birgə hazırlıq keçəcəyini bildirir.
0