Cəmşid Məhərrəmov: Sevinirəm ki, yenidən yığmanın şərəfini qoruyacağam
27.02.2009 - 17:44
Cəmşid Məhərrəmov: Sevinirəm ki, yenidən yığmanın şərəfini qoruyacağam
“Berti Foqts mənə etimad göstərdiyi üçün çox şadam. Sevinirəm ki, yenidən milli komandanın şərəfini qoruyacağam. Bu vəzifənin öhdəsindən gəlmək üçün əlimdən gələni əsirgəməyəcəm”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı” klubunun müdafiəçisi Cəmşid Məhərrəmov deyib.

Uzun fasilədən sonra yığmamıza qayıdacaq 26 yaşlı futbolçu sabah baş məşqçi Berti Foqtsun da diqqət mərkəzində olacaq. Cəmşid “İnter”lə “Şəfa” stadionunda keçiriləcək matçda yalnız qələbəyə köklənib: “İnter”lə matçın çox çətin keçəcəyini gözləyirəm. Belə komandalara qarşı oynamaq hər zaman asan olmayıb. Təsadüf deyil ki, "İnter" ötən il ölkə çempionu adını qazanıb. Lakin bu, o demək deyil ki, bu oyuna məğlub olmaq üçün çıxırıq. Biz hər oyunda olduğu kimi, yalnız qələbə üçün oynayırıq və bu matç da istisna deyil. Hesabın fərqi yoxdur, əsas qələbədir”.

mənbə: bakifc.az
0