“İnter” üçün əlamətdar tur
28.02.2009 - 00:11
“İnter” üçün əlamətdar tur
Azərbaycan Premyer Liqasının XVI turunun “Bakı” ilə oyunu “İnter” üçün əlamətdardır. Apasport.az saytının hesablamalarına görə, əvvəllər “Xəzər Universiteti”, 2004-cü ildən “İnter” adlanan paytaxt təmsilçisi tarixi ərzində 250-ci rəsmi oyununa çıxacaq. İndiyədək Azərbaycan çempionatı və kuboku ilə yanaşı, üç beynəlxalq turnirə - Çempionlar Liqası, İntertoto kuboku və “Birlik kuboku”na qatılan bakılılar bu günədək 249 qarşılaşmada qüvvəsini sınayıb. “İnter” tarixi ərzində birinci divizionda oynamayaraq, həvəskarlar birinciliyindən peşəkar arenaya birbaşa keçib.

Qeyd edək ki, bu statistikada yarımçıq dayandırıldığından nəticələri ləğv olunan 2001/02 mövsümünün oyunları, həmçinin 249 matçda qeydə alınan texniki nəticələr matçlarda top fərqində nəzərə alınmır.


 

Turnir

O

Q

H

M

Top

X

Premyer Liqa

8

193

104

42

46

277-172

354

Azərbaycan kuboku

10

43

20

11

12

71-52

71

Birlik kuboku

1

5

3

1

1

7-2

10

Avrokuboklar

2

8

3

3

2

5-8

12

Cəmi

21

249

130

57

61

360-234

447

0