UEFA “Qalatasaray”ı cəzalandırır
27.02.2009 - 19:47
UEFA “Qalatasaray”ı cəzalandırır
Türkiyənin “Qalatasaray” klubunun azarkeşləri İstanbuldakı “Əli Sami Yen” stadionunda Fransa “Bordo”su ilə keçirilən UEFA kubokunun 1/16 final mərhələsinin cavab görüşündə özlərini intizamlı aparmayıblar. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, matçın 16-cı dəqiqəsində qapalı tribunada yer alan fanatlar məşəl yandırıblar.

Bundan əlavə, “Cim Bom” tərəfdarları meydançaya yad əşyalar atıblar. UEFA nümayəndəsi azarkeşlərin qaydalara uzlaşmayan davranışlarını qeydə alıb. Baş verənlər səbəbindən “Qalatasaray”ın cərimələnəcəyi açıqlanıb.
0