Şahin Diniyevin növbəti qələbəsi
28.02.2009 - 10:42
Şahin Diniyevin növbəti qələbəsi
Şahin Diniyev Rusiyanın “Terek” klubunun gənclərdən ibarət komandasının baş məşqçi postunda növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Türkiyədə təlim-məşq toplanışında olan Diniyevin komandası son ölkə çempionu “Rubin” klubundakı həmyaşıdlarını 2:0 hesabı ilə məğlub edib. “Terek” qələbəni Adlan Katsayev və İslam Qədirovun vurduğu qollar sayəsində qazanıb.

Qeyd edək ki, milli komandamızın sabiq baş məşqçisi olan 43 yaşlı Diniyev üç aydır “Terek”də işləyir. Rusiyada yeni mövsümə iki həftədən sonra start veriləcək.
0