Azərbaycanda federasiya prezidenti və vitse-prezidenti istefaya göndərildi
28.02.2009 - 11:18
Azərbaycanda federasiya prezidenti və vitse-prezidenti istefaya göndərildi
Azərbaycan Əlillər Futbolu Federasiyasının (AƏFF) prezidenti Afiq Süleymanov istefaya göndərilib. Bu haqda apasport.az saytına AƏFF-in mətbuat xidmətindən məlumat verilib. Afiq Süleymanovun istefası federasiyasının İdarə Heyətinin yığıncağında qəbul olunub.

Onunla yanaşı, I vitse-prezident Ziyadxan Kərimov da istefa verib. İdarə Heyətinin toplantısında AƏFF-in növbədənkənar konfransının martın 17-ə təyin olunması barədə qərar çıxarılıb.
0