“Valensiya” Mehmet Topala göz dikib
28.02.2009 - 11:54
“Valensiya” Mehmet Topala göz dikib
İspaniyanın “Valensiya” klubu “Qalatasaray”ın yarımmüdafiəçisi Mehmet Topalı transfer etmək istəyir. Apasport.az saytının məlumatına görə, “Cim Bom”dan fərqli, UEFA kubokunda mübarizəni dayandıran valensiyalıların baş məşqçisi Unai Emeri ötən yay Türkiyə yığmasının heyətində Avropa çempionatının bürünc mükafatını qazanan futbolçu ilə ciddi maraqlanır. İspaniya mətbuatında yayılan məlumata görə, Emerini hətta Mehmetin “Qalatasaray”la 2013-cü ilə qədər müqaviləsinin olması da qayğılandırmır. Topalın isə indi başı zədəsinə qarışıb. Belə ki, bu gün cərrahiyyə əməliyyatı olunan futbolçu iki ay oynamayacaq.

Qeyd edək ki, “Qalatasaray”ın digər futbolçuları Sərvət Çətinlə Əmrə Güngör də zədəyə görə uzun müddətə sıradan çıxıb.
0