FİFA Arda Turana yeni ləqəb verdi
28.02.2009 - 12:49
FİFA Arda Turana yeni ləqəb verdi
UEFA kubokunun 1/16 final mərhələsində İstanbulda Fransanın “Bordo” klubu üzərində 4:3 hesablı qələbədə böyük əməyi olan ”Qalatasaray”ın futbolçusu Arda Turan FİFA-nın diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, “Cim Bom”un yarımmüdafiəçisi dünyanın ən ali futbol qurumunun rəsmi İnternet saytında yeni super ulduz kimi tanıdılıb.

Ardaya təriflər yağdıran FİFA rəsmiləri onun oyununa valeh olublar: “Əli Sami Yen”də top nə zaman 22 yaşlı futbolçunun ayağına gəlsə, fərqli bir uğultu eşidilir. Arda “Qalatasaray” tərəfdarlarının şübhəsiz ən sevimli oyunçusudur. Top onun ayağında olarkən rəqib hər zaman risk altında olur”.

FİFA gənc oyunçuya yeni ləqəb də verib: Bosfor boğazının qızıl uşağı.

Qeyd edək ki, Arda “Bordo” ilə cavab görüşündə vurduğu iki qolla, komandasının 1/8 finala çıxmasına yardımçı olub.
0