Badri Kvaratsxeliya: Sübut etdik ki, oynaya bilirik
28.02.2009 - 16:39
Badri Kvaratsxeliya: Sübut etdik ki, oynaya bilirik
“Belə oyunlar futbolun gözəlliyidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Standard” klubunun baş məşqçisi Badri Kvaratsxeliya deyib.

Premyer Liqanın XVI turunda bu gün “Qarabağ”la səfərdə keçirdikləri matçdan sonra təşkil olunan mətbuat konfransında gürcüstanlı mütəxəssis bildirib ki, ilk yarıdaca hesabda geri qala bilərdilər: “Birinci hissədə iki kobud səhv buraxdıq. Amma rəqib bundan yararlanmağı bacarmadı. İkinci 45 dəqiqədə isə daha yaxşı oynadıq. Penalti zərbəsini vura bilməsək də, təzyiqi artırıb, sonda qələbə qazandıq. “Qarabağ” kimi güclü komandanı məğlub etməklə, sübut etdik ki, biz futbol oynaya bilirik”.
0