Qurban Qurbanov: Mənim üçün heç-heçəylə məğlubiyyətin fərqi yoxdur
28.02.2009 - 16:41
Qurban Qurbanov: Mənim üçün heç-heçəylə məğlubiyyətin fərqi yoxdur
“Komandanın uduzması normal haldır”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanova məxsusdur.

Premyer Liqanın XVI turunda Bakının “Standard” komandasına öz meydanında 0:1 hesablı məğlubiyyətdən sonra təşkil olunan mətbuat konfransında Qurbanov uğursuzluğun səbəblərini belə izah edib: “O komanda güclüdür ki, startda yox, çempionatın sonunda uduzmasın. Mənim üçün fərqi yox idi, uduzaq və ya bir xalla kifayətlənək. Yalnız qələbə qazanmaq istəyrdik. Bu səbəbdən də müdafiəçinin yerinə hücumçu daxil etdim. Futbolçular yorgun idi. 3 gün əvvəl kubok matçında oynayıblar. 4 futbolçunun yoxluğu da özünü göstərdi. Bəzi yerlərdə sistem pozulurdu. Rəqib isə ucaboylu futbolçularının sayəsində üç xal qazandı”.
0