Qyoko Hacıyevski: Vacib qələbə ilə çempionluğa doğru bir addım da atdıq
28.02.2009 - 18:14
Qyoko Hacıyevski: Vacib qələbə ilə çempionluğa doğru bir addım da atdıq
“Çox çətin görüş oldu və belə gərgin mübarizədən qalib ayrılan futbolçularımdan çox razı qaldım. Əsas odur ki, bütün güclərini meydanda qoydular. Onlarda bu gün hər şey - mübarizlik, motivasiya, ürəkli oyun var idi”. Apasport.az saytının məlumtına görə, bunu “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Premyer Liqanın XVI turunda lider “İnter”i səfərdə 1:0 hesabıyla üstələyən paytaxtın eyniadlı komandasının makedoniyalı çalışdırıcısı bildirib ki, 10 aydır uduzmayan rəqibə qarşı ancaq nəticə üçün oynamaq lazım idi: “Gözəl oyun alınmadı. Bunu da başa düşmək olar. Çünki belə qarşılaşmalar hər həftə olmur və xüsusi prinsipiallıq daşıyır. 10 aydır uduzmayan komandaya qarşı nəticəyə oynamaq lazım idi. Hər iki komandanın çoxlu qol imkanları oldu. Ancaq qolu biz vurduq və üstünlüyümüzü sonadək qoruya bildik. Bundan sonra risk etməməliydik və sonadək ehtiyatlı oynadıq. Belə vacib qələbədən sonra çempionluğa doğru bir addım da atdıq. İndi psixoloji üstünlük biz tərəfdə olacaq. Ancaq bu, o demək deyil ki, artıq çempionluğu təmin etmişik. Hələ qarşıda 10 tur var və qalib sonda bilinəcək”.
0