“Bu qələbə komandamızda ruh yüksəkliyi yaratdı”
28.02.2009 - 18:45
“Meydana 3 xal qazanmaq üçün çıxmışdıq. Futbolçular da qələbəyə köklənmişdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Yevlaxda yerli “Karvan” üzərində 1:0 hesablı qələbə qazandıqları oyundan sonra “Olimpik” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.
Əsas heyətdə meydana çıxan futbolçulardan razı qaldığını bildirən Abdullayevin sözlərinə görə, onlar verilən tapşırıqları yerinə yetirməyi bacarıblar: “İknci hissədə dəyişiklik etmək istədim. Əvəzlənib meydana çıxan futbolçulardan 70-80 faiz razı qaldım. İkinci dövrədə qara zolağa düşmüşdük. Bu qələbə komandaya ruh yüksəkliyi verdi. Ümidvaram ki, bu uğurun davamı gələcək”.

- “Fənərbaxça”nın hücumçusu Premyer Liqaya keçdi – 24,5 milyon avroya
- “Roma” “Porto”nun 19 yaşlı futbolçusunu transfer etdi - RƏSMI
- “Çelsi” Joao Pedro ilə yeni müqavilə bağlayır – Maaşı artırıldı
- “Mançester Yunayted” Balebaya yaxınlaşdı – 65 milyon funtluq təklif
- “Napoli” İtaliya millisinin müdafiəçisini transfer etdi
0
0