Rəşad Sadıqovun komandası səfərdə yenə xal qazandı
01.03.2009 - 19:52
Türkiyə Superliqasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, həmvətənlərimiz Rəşad Sadıqovla Ramal Hüseynovun şərəfini qoruduğu “Kocaelispor” klubu “Bupsaspor”un qonağı olub.
Yığmamızın kapitanının 90 dəqiqə meydanda olduğu qarşılaşmanın ilk hissəsi meydan sahiblərinin üstünlüyü ilə başa çatıb – 1:0. Amma İzmit təmsilçisi görüşdən bir xalla ayrılmağı bacarıb. Matçın əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Hamzanın vurduğu qol kocaeliləri məğlubiyyətdən qurtarıb – 1:1.
Xatırladaq ki, “Kocaelispor” bundan əvvəlki turda “Qalatasaray”ı səfər meydanında ağır məğlubiyyətə uğratmışdı.

- “Fənərbaxça”nın hücumçusu Premyer Liqaya keçdi – 24,5 milyon avroya
- “Roma” “Porto”nun 19 yaşlı futbolçusunu transfer etdi - RƏSMI
- “Çelsi” Joao Pedro ilə yeni müqavilə bağlayır – Maaşı artırıldı
- “Mançester Yunayted” Balebaya yaxınlaşdı – 65 milyon funtluq təklif
- “Napoli” İtaliya millisinin müdafiəçisini transfer etdi
0
0