Sergey Sokolov “Neftçi” haqda düşünür
02.03.2009 - 10:53
“MOİK üzərində qələbəyə görə sevinirik. Bununla yanaşı, artıq "Neftçi" haqda düşünürük”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun futbolçusu Sergey Sokolov deyib.
Azərbaycan Premyer Liqasının XVI turunda keçirilən matçda MOİK-i səfərdə 4:2 hesabı ilə məğlub etdikdən sonra 32 yaşlı müdafiəçi artıq növbəti oyunu düşündüyünü açıqlayıb: "Yeganə məqsəd 3 xal qazanmaq idi ki, buna da nail olduq. Hərçənd, oyun kifayət qədər çətin keçdi, rəqib iki dəfə fərqləndi. Qırmızı vərəqə də yerinə düşmədi. Mən Tural Cəlilov və Aleksandr Çertoqanovla birgə yığmanın düşərgəsinə yollanıram. Bir neçə gün komandadan ayrı qalmağımız "Simurq"a təsir etməyəcək. Fiziki gərginlik hiss edəcəyimizə də inanmıram. Özümü hazır hiss edirəm".
Qeyd edək ki, növbəti oyununu martın 8-də keçirəcək “Simurq” “Neftçi” ilə öz meydanında qarşılaşacaq.

- “Fənərbaxça”nın hücumçusu Premyer Liqaya keçdi – 24,5 milyon avroya
- “Roma” “Porto”nun 19 yaşlı futbolçusunu transfer etdi - RƏSMI
- “Çelsi” Joao Pedro ilə yeni müqavilə bağlayır – Maaşı artırıldı
- “Mançester Yunayted” Balebaya yaxınlaşdı – 65 milyon funtluq təklif
- “Napoli” İtaliya millisinin müdafiəçisini transfer etdi
0
0