“Bavariya”nın geriləməsi Azərbaycan klublarına təsir etmədi
02.03.2009 - 11:16
“Bavariya”nın geriləməsi Azərbaycan klublarına təsir etmədi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın 350 ən güclü klubunun siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” (İngiltərə) son bir ilin ən güclü klubudur. Ötən il martın 1-dən fevralın 28-dək olan müddət üçün ingilislər reytinqinə 302 xal toplaya bilib.

Son bir ayda hərəyə iki pillə irəliləyən “Liverpul” (İngiltərə) ikinci, “Boka Xuniors” (Argentina) üçüncü sıraya qalxıb. Bu komandalar müvafiq olaraq 267 və 263 xal toplayıb. İFFHS-in sonuncu siyahısında ikinci olan Almaniyanın “Bavariya” komandası isə 6-cı pilləyə enib. İFFHS-ın siyahısında yer alan Türkiyə klublarından “Fənərbaxça” 44, “Qalatasaray” 48, “Beşiktaş” 95, “Sivasspor” 177, “Ankaraspor” 271, “Trabzonspor” 326, “Kayserispor” 345-ci yeri tutur.

Qeyd edək ki, Azərbaycan klublarının yer almadığı siyahıda sonuncu olan komandalar 61 xal toplayıb ki, bu da hesabında 51 xalı olan “İnter”dən 10 xal yaxşıdır.
0