Rusiya yığmasının futbolçusu deputat seçildi - FOTO
02.03.2009 - 11:23
Rusiya milli komandasının sabiq futbolçusu Aleksey Smertin deputat seçilib. Apasport.az saytının məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi Altay vilayətinin deputatı olub.
Namizədliyi “Vahid Rusiya” partiyası tərəfindən irəli sürülən Smertin seçkilərdə 41,7 faiz səs toplayıb. Futbolçu ən yaxın rəqibi Sergey Mamayevi (20,97 faiz) xeyli qabaqlayıb.
Qeyd edək ki, Smertin 1998-2007-ci illərdə Rusiya yığmasının şərəfini qoruyub və 55 matçda iştirak edib. Hətta 2004-2005-ci illərdə milli komandanın kapitanı olub. Ona iki il öncə doğulduğu Barnaul şəhərinin fəxri vətəndaşı adı verilib. Ötən mövsümü “Fulhem”in (İngiltərə) heyətində keçirmiş Smertin hazırda özünə yeni klub axtarır.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0