Xodukin Azərbaycanda ən çox uduzmayan ilk əcnəbi məşqçidir
02.03.2009 - 13:10
Xodukin Azərbaycanda ən çox uduzmayan ilk əcnəbi məşqçidir
Azərbaycan çempionatları tarixində növbəti məğlubiyyətsiz oyunlar seriyası qırılan komanda “İnter” oldu. Apasport.az saytının məlumatına görə, son ölkə çempionu ən azı 20 oyun uduzmayan klublar siyahısına düşdü. Bu göstəriciyə əsasən 10-cu olan “İnter” bundan əvvəlki seriyanı qıran komanda idi.

Belə ki, ukraynalı mütəxəssis Valentin Xodukinin çalışdırdığı komanda ötən mövsüm çempionluq uğrunda mübarizədə sonda qabaqladığı “Olimpik”in seriyasını “Şəfa” stadionunda qırmışdı. Maraqlıdır ki, bu dəfə həmin arenada seriyası qırılan “İnter” iki ildən sonra evdə uduzdu. Çempion sonuncu dəfə “Şəfa” stadionunda elə “Bakı”ya 0:1 hesabı ilə yenilib. Milli çempionatlarımız tarixində ən uzun müddətli seriya oyun etibarilə “Kəpəz”ə, gün etibarilə “Şəmkir”ə məxsusdur.

Ancaq həmin vaxt seriyanın 1000 günü ötməsi obyektiv səbəbdən oldu. Belə ki, 2001/02 mövsümündə çempionatın yarımçıq dayanması nəticəsində ölkədə bir il futbol olmadı. Yarımçıq qalan çempionatda isə nəticələr nəzərə alınmır və buna görə də “Şəmkir”in seriyası bu qədər uzun müddətli olmuşdu.

Qeyd edək ki, ən çox seriya Ağasəlim Mircavadova məxsus olub. Təcrübəli mütəxəssis üç dəfə tək bu göstəriciyə malik olubsa, bir dəfə isə Qəhrəman Əliyevlə birgə bu rekorda şərik çıxıb. Yəni, 1076 gün uduzmayan “Şəmkir”in bu rekordu Mircavadovla başlayıb, Əliyevlə sona çatıb. Xodukin isə ən azı 20 oyun uduzmayanlar arasında ilkə imza atıb. Belə ki, 70 yaşlı ukraynalı ölkəmizdə bu rekorda imza atan birinci əcnəbi mütəxəssis oldu.

Qeyd edək ki, bu seriyalarda texniki nəticələr nəzərə alınmır.

1

2

3

4

5

6

7

8

9

10

11

12

 

1

“Kəpəz”
(baş məşqçi: Mehman Allahverdiyev)

 

28

 

481

 

30.05.1997

 

“Sumqayıt”

 

s

 

1:4

 

23.09.1998

 

“Bakılı”

 

S

 

0:1

 

2

“Turan” (Kazbek Tuayev)

 

27

 

330

 

24.10.1993

 

“Neftçi”

 

s

 

0:1

 

28.06.1994

 

“Neftçi”

 

S

 

0:1

 

3

“Turan” (Ruslan Abdullayev)

 

27

 

316

 

05.09.1992

 

“Ümid”

 

s

 

0:2

 

18.07.1993

 

“Qarabağ”

 

n

 

0:1

 

4

“Neftçi” (Kazbek Tuayev)

 

26

 

486

 

18.05.2003

 

“Şəmkir”

 

s

 

1:3

 

15.09.2004

 

“Bakı”

 

s

 

0:2

 

5

“Olimpik” (Əsgər Abdullayev)

 

25

 

367

 

27.04.2007

 

“Xəzər-Lənkəran”

 

s

 

2:3

 

28.04.2008

 

“İnter”

 

s

 

0:2

 

6

“Karvan”
(Yunis Hüseynov)

 

24

 

363

 

30.10.2005

 

“Gəncə”

 

s

 

0:1

 

28.10.2006

 

“Neftçi”

 

s

 

1:3

 

7

“Şəmkir” (Ağasəlim Mircavadov/
Qəhrəman Əliyev)

 

23

 

1076

 

06.08.2000

 

“Viləş”

 

e

 

0:1

 

18.06.2003

 

“Qarabağ”

 

s

 

0:2

 

8

“Qarabağ” (Ağasəlim Mircavadov)

 

22

 

259

 

27.06.1993

 

“Daşqın”

 

s

 

0:2

 

13.03.1994

 

“Turan”

 

s

 

0:2

 

9

“Şəmkir” (Ağasəlim Mircavadov)

 

21

 

457

 

16.05.1999

 

“Qarabağ”

 

s

 

0:1

 

06.08.2000

 

“Viləş”

 

e

 

0:1

 

10

“İnter” (Valentin Xodukin)

 

21

 

321

 

13.04.2008

 

“Xəzər-Lənkəran”

 

s

 

1:3

 

28.02.2009

 

“Bakı”

 

e

 

0:1

 

11

“Xəzər-Lənkəran” (Ağasəlim Mircavadov)

 

21

 

266

 

16.02.2007

 

“Neftçi”

 

s

 

0:1

 

10.11.2007

 

“Neftçi”

 

e

 

0:1



Qeyd: 1 - yer, 2 – klub, 3 – məğlubiyyətsiz oyunlar sayı, 4 – məğlubiyyətsiz oyunlar günü, 5 – seriyanın başladığı tarix, 6 – seriyanın başladığı rəqib, meydan, 8 – hesab, 9 - seriyanın sona çatdığı tarix, 10 - seriyanı qıran rəqib, 11 – meydan, 12 - hesab
0