Rəşad Sadıqova 4, İlqar Qurbanova 5
02.03.2009 - 13:25
Rəşad Sadıqova 4, İlqar Qurbanova 5
Türkiyənin “Kocaelispor” klubunda çıxış edən Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Superliqada növbəti oyununda da fərqlənib. Apasport.az saytının məlumatına görə, İzmit təmsilçisinin səfərdə “Bursaspor”la heç-heçə (1:1) etməsində 27 yaşlı müdafiəçinin əməyi olub.

Belə ki, epizodların birində Sadıqov topu qapı xəttinin üstündən uzaqlaşdırmaqla, qola imkan verməyib. Buna baxmayaraq, Türkiyə mətbuatı müdafiəçinin oyununu orta səviyyədən aşağı qiymətə layiq bilib. Rəşad 10 ballıq qiymətləndirməyə görə “4”-ə layiq görülüb. Futbolçumuz ulduzlarla qiymətləndirmədə iki qazanıb.

Türkiyə çempionatında çıxış edən Azərbaycan milli komandasının digər oyunçusu İlqar Qurbanovun son matçdakı əməyi daha yüksək qiymətləndirilib. Öz meydanında “Altayspor”la qolsuz heç-heçə edən “Boluspor”un yarımmüdafiəçisi 74 dəqiqə meydanda olmaqla, “5”-ə layiq görülüb. Türkiyəlilər onu 3 ulduzla da mükafatlandırıb.
0