Fərhad Vəliyev: “Bakı”nı məğlub edəcəyik
02.03.2009 - 14:35
Fərhad Vəliyev: “Bakı”nı məğlub edəcəyik
“Standard”a məğlubiyyətdən sonra çempion olmaq işimiz bir qədər çətinləşsə də, hər şey öz əlimizdədir. Qarşıdan “Bakı” ilə oyun gəlir. İnşallah, lideri məğlub edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun futbolçusu Fərhad Vəliyev deyib.

Azərbaycan Premyer Liqasının XVI turunda “Standard”a uduzan ağdamlılara 29 yaşlı qapıçının penaltini dəf etməsi də kömək etməyib. Cəzalı Aslan Kərimovun yoxluğunda komandanı meydana kapitan sarğısı ilə çıxaran Fərhad qarşılaşma ilə bağlı fikirlərini klubun rəsmi internet saytına açıqlayıb: “Komandamız qələbə qazanmayıbsa, qəhrəmanlıqdan danışmaq yersizdi. Penaltini qaytardıqdan sonra fikirləşdim ki, artıq qələbə topunu vura biləcəyik. Amma həmin gün bizim günümüz deyildi. İnamımız çox olsa da, alınmadı. Qolun son dəqiqədə vurulması isə pis oldu”.

Qeyd edək ki, “Qarabağ” “Standard”la matçda 0:1 hesabı ilə məğlub olub.
0