Yığmamızın oynayacağı stadionda ilk qolu Rəcəb Tayyib Ərdoğan vurdu
02.03.2009 - 15:34
Yığmamızın oynayacağı stadionda ilk qolu Rəcəb Tayyib Ərdoğan vurdu
Türkiyə və Azərbaycan milli komandaları arasında yoldaşlıq görüşünün keçiriləcəyi “Kadir Has” stadionunun rəsmi açılış mərasimi olub. Apasport.az saytının məlumatına görə, tədbirə Türkiyənin dövlət məmurları da qatılıblar. Stadionunun açılışını bildirən qırmızı lenti kəsən baş nazir Rəcəb Tayyib Ərdoğan topa ilk zərbəni vurub.

Ərdoğan 2 penalti yerinə yetirib. O, ilk cəhddə fərqlənsə də, növbəti zərbəni qapıçı qaytarıb. Maraqlıdır ki, Ərdoğandan sonra penalti vuran Böyükşəhər Bələdiyyəsi başçısı Mehmet Özhaseki, sabiq gənclər və idman naziri Mehmet Atalay və Türkiyə prezidenti Abdullah Gülün oğlu Əhməd Gülün zərbələri qol olmayıb.

Kayseri şəhərində inşa olunmuş və 33 min tamaşaçı tutumuna malik “Kadir Has” Türkiyənin ən müasir stadionu hesab edilir. Burada ilk matç martın 8-də “Kayserispor” - “Fənərbaxça” arasında olacaq. Türkiyə və Azərbaycan yığmalarının görüşü isə iyunun 2-də gerçəkləşəcək.
0