Azərbaycan yığmasının oyunlarını idarə edəcək hakimlər müəyyənləşib
02.03.2009 - 16:17
Azərbaycan yığmasının oyunlarını idarə edəcək hakimlər müəyyənləşib
Azərbaycan milli komandasının oyunlarına təyinat alan hakimlərin siyahısı müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, futzal üzrə Azərbaycan yığmasının Avropa çempionatının əsas seçmə mərhələsində mübarizə aparacağı qrupun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Martın 19-dan 22-dək Portuqaliyanın Vyana do Kaştello şəhərində keçiriləcək qarşılaşmaları Oleq İvanov (Ukrayna), Daniel Yanoseviç (Xorvatiya), Alberto Mayestroni (İtaliya) və Stefanita Muqurel Vadan (Rumıniya) idarə edəcək.

Qeyd edək ki, Azərbaycan, Portuqaliya, Polşa və Finlandiya yığmalarının yer aldığı qrupun matçlarında hakim-inspektor Stefan Tivold (Sloveniya), UEFA nümayəndəsi isə Aleksis Ponne (Belçika) olacaq.
0