“Bakı” Almaniyadan futbolçu gətirir
02.03.2009 - 17:58
“Bakı” Almaniyadan futbolçu gətirir
“Bakı” klubunun vitse-prezidenti Tunc Afşar Almaniyaya futbolçu seçməyə gedəcək. Bu haqda apasport.az saytına məlumat verən Afşarın sözlərinə görə, səfər bu ayın ikinci yarısına planlaşdırılıb: “Orada çıxış edən iki azərbaycanlı futbolçu haqda məlumat əldə etmişik. Onların adlarını hələ demək istəmirəm. Çünki adlar açıqlanandan sonra menecerlər bundan xəbər tutub, bizi qabaqlaya bilərlər. Yalnız onu söyləyə bilərəm ki, hər iki azərbaycanlı futbolçunun 18 yaşı var və Almaniya klublarında çıxış edirlər. Biz gənc, perspektivli yerli oyunçuları komandamıza cəlb etmək istəyirik. Bu səfərimin konkret tarixini Ümit Davalanın gəlişi ilə uyğunlaşdırdıqdan sonra müəyyənləşdirəcəyəm. Milli komandanın oyunları ilə əlaqədar çempionatda bir müddətlik fasilə yaranacaq. Həm Davalanın, həm də özümün səfərini həmin vaxta salacağıq. Elə edəcəyik ki, bu səfərlər üst-üstə düşməsin. Klubumuzun vitse-prezidenti Zeynal Məmmədovun vaxtı olarsa, birlikdə səfərə çıxacağıq”.

Qeyd edək ki, “Bakı” Almaniya ilə yanaşı, Belçika, Avstriya və İsveçrədə də futbolçu axtarır.
0