“Kinoya güzəştlə baxıram, avtobusa isə gediş haqqı vermirəm”
02.03.2009 - 19:03
“Kinoya güzəştlə baxıram, avtobusa isə gediş haqqı vermirəm”
Əfsanəvi braziliyalı Pele ayda 1265 dollar təqaüd alır. Apasport.az saytının məlumatına görə, 69 yaşlı veteran futbolçu təqaüdə çıxdıqdan sonra bir sıra imtiyazlar qazanıb. Pele bildirib ki, artıq bir sıra yerlərdə ona güzəştlər edilir: “İndi kinoya baxmaq üçün yarı qiyməti ödəyirəm. Avtobusda isə ümumiyyətlə, havayı gedirəm. Futboldan tam ayrılıb, birdəfəlik istirahətə yollanmağa hazırlaşmıram. 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına həsr olunan müxtəlif tədbirlərdə iştirak edəcəyəm”.
Qeyd edək ki, Pele üç dəfə dünya çempionu olan yeganə futbolçudur. O, 1970-ci ildə çempionluğu milli komandamızın sabiq baş məşqçisi Karlos Alberto Torresin kapitanı olduğu Braziliya yığmasında qazanıb.
0