Azərbaycanlı futbolçunu Ukraynada yad etdilər
03.03.2009 - 19:40
Azərbaycanlı futbolçunu Ukraynada yad etdilər
Azərbaycanlı futbolçu Maksim Paşayev Ukraynada yad olunub. Apasport.az saytının məlumatına görə, “Dnepr” klubunda çıxış etmiş 20 yaşlı soydaşımızın ölümündən üç ay keçməsinə baxmayaraq, futbolçular və azarkeşlər onun xatirəsini yad etməyi lazım biliblər.

Komandanın stadionu olan “Dnepr-Arena”nın video tablosunda iki dəqiqəlik klip nümayiş olunub. Orada Maksimim iştirak etdiyi oyun epizodları göstərilib. Azarkeşlər bu epizodları ayaq üstə izləyiblər. “Dnepr”in fan-klubu isə üstündə Paşayevin şəkli olan böyük lövhəni asıblar. Bunun üzərində “həmişəlik ürəyimizdəsən” sözləri yazılıb. Maksimin şəkli, həmçinin meydana çıxan “Dnepr”in futbolçularının geyimləri üzərində də olub.

Qeyd edək ki, Paşayev ötən ilin dekabrında avtomobil qəzasında həlak olub. Onun əkiz qardaşı Pavel hazırda da “Dnepr”də çıxış edir. Ukraynada doğulub, boya-başa çatan futbolçuların atası azərbaycanlıdır.
0