“Spartak” Diniyevin seriyasını qırdı
04.03.2009 - 11:28
“Spartak” Diniyevin seriyasını qırdı
Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevin Rusiyanın “Terek” klubunda qələbə seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, son vaxtlar Türkiyədəki təlim-məşq toplanışında qələbələri sıralayan 43 yaşlı mütəxəssis bu dəfə uduzub. Onun çalışdırdığı “Terek”in gənclərdən ibarət komandası Moskvanın “Spartak” klubundakı həmyaşıdları ilə keçirdiyi yoxlama oyununda 0:1 hesabı ilə yenilib.

Diniyevin komandasının ciddi müqaviməti ilə üzləşən moskvalılar qələbə topunu yalnız sona 18 dəqiqə qalmış vurmağa müvəffəq olub. Klublarımızın da qaldığı Antalyadakı “Titanik” otelinin futbol kompleksində keçirilən yoxlama oyununu cəmi 10 azarkeş izləyib.
0