“Zenit”ə satılan Meyra hələ də “Qalatasaray”da məşq edir
05.03.2009 - 12:05
“Zenit”ə satılan Meyra hələ də “Qalatasaray”da məşq edir
“Qalatasaray”ın portuqaliyalı futbolçusu Fernando Meyra Rusiyanın “Zenit” klubuna satılsa da, hələlik Türkiyəni tərk etməyib. Apasport.az saytının məlumatına görə, bunu “Qalatasaray”ın baş məşqçisi Bülent Korkmaz İstanbulda keçirdiyi mətbuat konfransında deyib.

“Komandamızda hər oyunçu dəyərli və önəmlidir. Yetirmələrimin hər birinə dünyanın müxtəlif klublarından təklif gələ bilər. O ki qaldı Meyraya, bu müdafiəçi hələ də “Qalatasaray”ın düşərgəsindədir. Meyra məşqlərini bizimlə birgə davam etdirir” - deyə Korkmaz vurğulayıb.

Qeyd edək ki, “Cim Bom” rəhbərliyi Meyranın “Zenit”ə transfer olmasına bir neçə gün öncə razılıq verib. Müqavilənin maddi dəyərinin 6,5 milyon avro olduğu bildirilir.
0