Milli komandamızın oyununda qadın hakimlər
05.03.2009 - 12:17
Milli komandamızın oyununda qadın hakimlər
Türkiyəli hakimlər Azərbaycan milli komandasının oyunlarını idarə edəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 19 yaşlı qızlardan ibarət yığmamızın aprelin 23-dən 28-dək Avropa çempionatının seçmə mərhələsinin elit raundundakı matçlarına Türkiyə, İtaliya və Maltadan qadın hakimlər təyinat alıb. Bunlar Hilal Tosun, Sibel Yamac (hər ikisi Türkiyə), Silviya Spinelli, Ramina Santuari (hər ikisi İtaliya), Ester Azzoradi, Olen Tonnadır (hər ikisi Malta). Hakimlərin işinə isveçli hakim-inspektor İnqrid Conson qiymət verəcək.

Qeyd edək ki, yığmamızın yer aldığı 3-cü qrupda oyunlar Portuqaliyanın Luso şəhərində keçiriləcək. Azərbaycan aprelin 23-də meydan sahibləri, 25-də Uels, 28-də Fransa ilə görüşəcək.
0