“Fənərbaxça”da qalmaqal: Roberto Karlos əlbəyaxa döyüşə çıxdı
05.03.2009 - 12:41
“Fənərbaxça”da qalmaqal: Roberto Karlos əlbəyaxa döyüşə çıxdı
“Fənərbaxça” klubunda qalmaqal baş verib. Apasport.az saytının məlumatına görə, “Sivasspor”la ölkə kubokunun ilk yarımfinal oyunundan sonra komandanın əcnəbi müdafiəçiləri - braziliyalı Roberto Karlosla uruqvaylı Luqano dalaşıblar. Hələ meydanda olarkən sözləri çəp gələn Karlosla Liqano münasibətlərini soyunub-geyinmə otağına gedərkən, tuneldə ayırd etməyə qərar veriblər. Onlar bir-birinin ünvanına sərt sözlər işlətməsi nəticəsində əlbəyaxa olublar. Yalnız Edunun məsələyə qarışmasından sonra futbolçular sakitləşiblər.
0