Premyer Liqa təmsilçisi əyalətə qayıdır
05.03.2009 - 13:01
Premyer Liqa təmsilçisi əyalətə qayıdır
Salyanın “Muğan” klubuna ev oyunlarını öz stadionunda keçirməsinə icazə verilib. Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, qurumun Texniki-İdman Şöbəsinin komissiyası bu gün səhər Salyandakı stadionu təftiş edib. Meydançanın vəziyyəti yararlı hesab olunduğu üçün “Muğan” qarşıdakı turda “Xəzər-Lənkəran”la oyununu Salyanda keçirəcək.

Salyandakı Olimpiya İdman Kompleksinin stadionunda təmir işləri başa çatsa da, Premyer Liqa və ölkə kubokunun oyunlarını keçirən PFL-nin rəyi vacib idi. “Muğan” son dəfə öz meydanında ilk dövrənin son turunda noyabrın 29-da “Bakı” (0:4) ilə görüşüb. Salyanlılar stadionlarında yenidənqurma işləri ilə əlaqədar ikinci dövrədə “Qəbələ” və “Turan”la ev oyunlarını “Şəfa” stadionunda keçirməli oldu.
0